Region
ABŞ-dan Ankaraya NÖVBƏTİ TƏHDİD: Türkiyə “S-400” alarsa...
ABŞ Rusiyadan alınan “S-400” zenit-raket kompleksləri ilə bağlı Ankaranı növbəti dəfə təhdid edib.
Publika.az xəbər verir ki, Ankarada bir qrup jurnalistə danışan yüksək vəzifəli amerikalı səlahiyyətli Türkiyənin həm “S-400”, həm də “Patriot” zenit-raket sistemləri almasının mümkün olmadığını bildirib.
Onun sözlərinə görə, Türkiyə “S-400” alarsa”, “Patriot” ala bilməyəcək, eyni zamanda, “F-35” proqramında iştirakı riskə girə, ABŞ-ın sanksiyalarına məruz qala bilər.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti 3,5 milyard dollar dəyərindəki “Patriot” sistemlərinin Türkiyəyə satışına 2018-ci il dekabrın 19-da icazə verib. Ancaq ABŞ Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri almasından imtina etməsini istəyir. Türkiyə isə Rusiya ilə razılaşdırılan “S-400” müqaviləsinin ləğv edilməsini “Patriot” satışında ilkin şərt kimi irəli sürülməsinə etiraz edir.
Bundan sonra “Anadolu” agentliyi bildirib ki, ABŞ-ın nümayəndə heyəti “Patriot”ların satışı üzrə təklifi Türkiyəyə təqdim edib.
Ötən ay NTV telekanalının efirində Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib ki, “S-400” zenit-raket komplekslərindən imtina barədə şərt irəli sürülərsə, Türkiy ABŞ-dan “Patriot” sistemləri almayacaq.
“Türkiyə gələcəkdə “Patriot” sistemlərini əldə edə bilər, amma bunu “S-400”-lərdən imtina şərti irəli sürülməsi halında mümkün hesab etmir”, - Çavuşoğlu deyib.
Ömər Dağlı
-
Kriminal23:05Bakıda məktəbə hücum: Mühafizəçini xəstəxanalıq etdilər
-
Magazin221:26Sel kabusu: Murat Boz 250 nəfərlə birlikdə kömək gözləyir - Video
-
Magazin120:48Azərbaycanlı müğənni saxlanıldı
-
Sosial19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO






.jpg)





.jpg)


.jpg)




















