• USD 1,7000 0,00% EUR 1,9202 -0,07%
    • GBP 2,2177 -0,11% RUB 0,0266 +0,38%

ATƏT-in fəaliyyətdə olan sədri Gürcüstana getdi

ATƏT-in fəaliyyətdə olan sədri Gürcüstana getdi

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak fevralın 10-da Gürcüstana səfər edib.

Publika.az Gürcüstanın Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, səfər çərçivəsində ATƏT-in sədri ölkə Prezidenti, Baş nazir, xarici işlər naziri, barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri ilə görüşlər keçirəcək.

Görüşlərdə Gürcüstan ilə ATƏT arasında əməkdaşlıq, regional təhlükəsizlik, Rusiya-Gürcüstan münasibətlərinin normallaşmasında ATƏT-in rolu, ATƏT regionunda münaqişələrin sülh yolu ilə həlli, ölkədəki demokratik vəziyyət və digər məsələlər diqqət mərkəzində olacaq.

Səfər fevralın 11-də başa çatacaq.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR