Qrip virusunun yenidən yayılma təhlükəsi var
Bizi izləyin

Region

Qrip virusunun yenidən yayılma təhlükəsi var

Gürcüstanın müvafiq qurumları qrip virusu ilə bağlı əhaliyə yenidən xəbərdarlıq edir.

Publika.az xəbər verir ki, müvafiq strukturlar fevralın 2-ci yarısı və mart ayında ölkə ərazisində qrip virusunun yenidən baş qaldıracağını bildirirlər.

Gürcüstanın İctimai Səhiyyə və Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze deyib ki, ölkə ərazisində yanvar ayında tüğyan edən qrip virusu artıq zəifləyib. Lakin Avropada bu virus yenidən canlanıb və bəzi ölkələrdə təhlükəli həddə çatıb: “Qrip virusunun yenidən Gürcüstana keçəcəyi istisna edilmir. Odur ki, əhali son dərəcə ehtiyatlı olmalıdır”. Mərkəz rəhbərinin sözlərinə görə, hazırda ölkədə əhalinin hər 100 min nəfərindən 186-sı qrip xəstəsidir. Yanvar ayında isə bu rəqəm 277 idi.

Bu günədək Gürcüstanda 22 nəfərin donuz qripindən öldüyü laboratoriyada təsdiq olunub.

Əhalinin xəstəxanalara yerləşdirilməsində də azalma müşahidə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm