
İstanbulda hərbi vertolyotun qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub.
Publika.az xəbər verir ki, bunu şəhərin qubernatoru Əli Yerlikaya deyib.
Daha əvvəl 4 əsgərin yaralandığı bildirilmişdi.
***
İstanbulda hərbi helikopter qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, helikopter şəhərin Çəkməköy səmtinə düşüb.
Qəza yerinə çox sayda təcli yardım və yanğınsöndürən maşınlar cəlb edilib. İlkin məlumatlara görə, 4 əsgərin yaralandığı bildirilir.