Ermənistanda yüksək vəzifəli məmur istefaya göndərilir
Bizi izləyin

Region

Ermənistanda yüksək vəzifəli məmur istefaya göndərilir

Ermənistan Polis İdarəsinin rəisi Valeri Osipyan istefaya göndəriləcək.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, hazırda V.Osipyanın istefaya göndərilməsi barədə ictimai tələb formalaşdırılması üzərində işlər aparılır.

Artıq respublikanın polis rəisi vəzifəsi uğrunda amansız mübarizə başlayıb.

Qeyd edək ki, V.Osipyan yeni baş nazir Nikol Paşinyanın təklifi ilə 10 may 2018-ci il tarixində Ermənistan polisinin rəisi təyin edilmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm