Dağlıq Qarabağda daha bir erməni əsgəri öldü
Bizi izləyin

Region

Dağlıq Qarabağda daha bir erməni əsgəri öldü

Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazisində erməni əsgəri ölüb.

Publika.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə dünən baş verib. 2000-ci il təvəllüdlü Frunzik Tamazyan saat 18:00 radələrində qara ciyər çatışmazlığı və ürək dayanması diaqnozu ilə hərbi hospitala çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq o, saat 20:30-da hospitalda ölüb.

Hadisə ilə bağlı istintaq aparılır.

Qeyd edək ki, bu, Ermənistan ordusunda ötən gün qeydə alınan ikinci ölüm hadisəsidir. Dünən Ermənistan ordusunun sıravi əsgəri zabiti güllələyərək öldürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm