• USD 1,7000 0,00% EUR 1,9163 0,00%
    • GBP 2,1395 0,00% RUB 0,0240 0,00%

Erməni nazirdən Qarabağ AÇIQLAMASI: "Bərabər bölüşdürülməlidir..."

  • Region
  • 13 Fevral 2019 16:48
  • 1 330 Baxış
Erməni nazirdən Qarabağ AÇIQLAMASI: "Bərabər bölüşdürülməlidir..."

Regionun mühüm hərbi və siyasi faktoru kimi Dağlıq Qarabağ təhlükəsizliyin və regional sabitliyin töhfəçisi olub.

Publika.az xəbər verir ki, bunu qondarma "Dağlıq Qarabağ Respublikası"nın xarici işlər naziri vəzifəsini icra edən Masis Mayilian deyib.

“Mediamax”a müsahibə verən Mayilian bildirib ki, hökumətin prioritet məsələsi hazırda Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasıdır.

“Məsələn, biz öz fondlarımız sayəsində atəşkəsə nəzarət mexanizminin bir hissəsi olaraq təmas xəttində 24/7 videomüşahidə sistemi qurmuşuq və beynəlxalq vasitəçilər bu sistemlə cari vəziyyətlə tanış ola bilirlər. Dağlıq Qarabağın ölkəmizin regional sülhün məsuliyyətini öz üzərinə götürməyə hazır olmağından danışarkən, Dağlıq Qarabağ Respublikasının de-yure tanınmasından bəhs edərkən nəzərdə tutduğumuz əsas məna respublikanın danışıqlar prosesinə tərəf kimi cəlb olunması və bölgənin gələcəyi üçün məsuliyyəti digər tərəflərlə bərabər şəkildə bölüşdürülməlidir. Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınması üçün təşəbbüslər görülür. Bu, bizim üçün bir nömrəli prioritetdir. Xarici İşlər Nazirliyi beynəlxalq tanınma prosesində gördüyü müsbət meyillərə əlavə təkan verilməsi istiqamətində ardıcıl olaraq çalışır.

Eyni zamanda, mərkəzləşdirilmiş əməkdaşlığın və xarici əlaqələrin genişləndirilməsi və dərinləşməsi istiqamətində çalışırıq. Ötən il Yaxın Şərqə qədər genişləndik. Ümumilikdə, Aralıq dənizinin və digər ölkələrin altı şəhəri ilə 2018-ci ildə dostluq münasibətləri qurduq ", - deyə nazir bildirib.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR