Ermənistanın daha bir daxili uğursuzluğu - 853 nəfər...
Bizi izləyin

Region

Ermənistanın daha bir daxili uğursuzluğu - 853 nəfər...

Ermənistanın yeni hökumətinin daha bir islahatı uğursuzluğa düçar olub.

Publika.az xəbər verir ki, əfv sərəncamı ilə azadlığa buraxılan şəxslərin yenidən cinayət törətməsi halları artıb.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumət iclasında deyib. Baş nazir bildirib ki, amnistiyaya düşən insanlarla bağlı heç bir irəliləyiş qeydə alınmır. Əksinə cinayətlərin sayı artır.

Qeyd edək ki, ötən ilin noyabrın 3-də Ermənistan prezidenti Armen Sarkisyan respublikanın 100 illiyi münasibətilə əfv fərmanı vermişdi. Bu, ölkə tarixində ən böyük amnistiya idi. Belə ki, 6,500 nəfərin cəzası azaldılmış, 853 nəfər isə həbsdən azad edilmişdi. Lakin fərmandan sonra əfv olunan şəxslərin iştirakı ilə 42 yeni cinayət hadisəsi qeydə alınıb. Cinayətlərdən 28-i oğurluqdur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm