Paşinyan İrana nə üçün gedir? - Səfir detalları açıqladı
Bizi izləyin

Region

Paşinyan İrana nə üçün gedir? - Səfir detalları açıqladı

“Ermənistan qonşu və dost İranla dövlətlərarası münasibətləri inkişaf etdirməyə davam edəcək”.

Publika.az xəbər verir ki, bunu Ermənistanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Artaşes Tumanyan deyib.

Səfir bildirib ki, Tehranın Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə yanaşmaları regional təhlükəsizliyin təmin edilməsində əsas rol oynayır. “Hazırda İran Qarabağ münaqişəsinin həllində balanslı bir yanaşma nümayiş etdirir, münaqişənin həllini yalnız sülh danışıqlarında görür”, – diplomat bildirib.

Səfir həmçinin bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın İrana baş tutacaq rəsmi səfəri ölkəsinin xarici siyasət prioritetlərindən biridir. Tumanyan Paşinyan və İran prezidenti Həsən Ruhaninin gündəmdə olan bütün məsələlər barədə ətraflı müzakirələr aparacağına əminliyini ifadə edib.

Qeyd edək ki, fevralın 27-də Nikol Paşinyanın Ermənistana baş nazir kimi ilk rəsmi səfəri baş tutacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm