Parlamentdən ŞOK QƏRAR: Bu yerlərdə telefon və internetdən istifadəyə qadağa
Bizi izləyin

Region

Parlamentdən ŞOK QƏRAR: Bu yerlərdə telefon və internetdən istifadəyə qadağa

Rusiya ordusunda xidmət edən əsgərlərin internetə giriş imkanı olan cihazlar və sosial mediadan istifadə etməsi qadağan olunub.

Publika.az xəbər verir ki, bu barədə qərar Rusiya Parlamentinin alt qanadı olan Dumada qəbul edilib.

Hərbi personalın xarici kəşfiyyat qurumları ilə yanaşı, terror təşkilatlarının da diqqət mərkəzində olduğunu təsbit edən Rusiya buradan gələn təhlükənin qarşısını almaq üçün belə bir addım atıb. Ordu daxilində təhlükəsizliyin tam təmin edilməsi üçün əsgərlərin xidmət müddətində smartfonlardan və sosial mediadan istifadəsi məhdudlaşdırılmalıdır.

Qanun əsgərlərin bağlı olduqları qurumları, vəzifə bilgiləri və mövqelərini müəyyən edə biləcək foto, video və coğrafi məkan bilgiləri də daxil olmaqla, hər növ məlumatın ictimaiyyətə açıq yerlərdə yayımlanmamasını ehtiva edir.

Rusiya müdafiə nazirinin köməkçisi Nikolay Pankov məsələ ilə bağlı açıqlamasında bildirib ki, qanuni düzəlişlər etmək cəhdləri Suriyadakı rus qüvvələri də daxil olmaqla, Rusiya ordusunun vəzifələrinin araşdırılması nəticəsində başladılıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm