• USD 1,7000 0,00% EUR 1,9163 0,00%
    • GBP 2,1395 0,00% RUB 0,0240 0,00%

"Qarabağın taleyi bundan asılıdır" - Sergey Lavrov

  • Region
  • 19 Fevral 2019 17:57
  • 922 Baxış
"Qarabağın taleyi bundan asılıdır" - Sergey Lavrov

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Laycak Dağlıq Qarabağa səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan mediası informasiya yayıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla mətbuat konfransında iştirak edən səfirin sözlərinə görə, səfər martın əvvəlində baş tutacaq. "Slovakiya məsələni həll etmək yolunda mövcud situasiyanı dəstəkləyir. ATƏT-in Minsk Qrupu həmsədrlərinə tam dəstək veririk", - səfir Dağlıq Qarabağ münaqişəsindən danışarkən bildirib.

Sergey Lavrov isə öz növbəsində, Slovakiya rəsmisinə bu münasibətinə görə minnətdarlığını bildirib.

"Rusiya, ABŞ və Fransadan olan həmsədrlər bir-biri ilə sıx əməkdaşlıq edirlər. Onlar artıq liderlər və xarici işlər nazirləri ilə görüşüblər. Yeni görüşlər üçün hazırlıq gedir. Ermənistan hökumətinin yeni qurulduğunu nəzərə alaraq, bu mərhələdə həll prosesinin necə dərinləşdirilə biləcəyini başa düşmək üçün vaxt lazımdır", - Lavrov deyib.

Xarici işlər nazirinin sözlərinə görə, həmsədrlər və ATƏT yalnız dialoq üçün şərait yarada bilər. Qərar isə tərəflər arasındakı birbaşa danışıqlar yolu ilə qəbul edilməlidir.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR