Baş Prokurorluq Qevorkyanın həbsini tələb edir
Bizi izləyin

Region

Baş Prokurorluq Qevorkyanın həbsini tələb edir

Ermənistanın Baş Prokurorluğu Apellyasiya Məhkəməsinin birinci instansiya məhkəməsinin qərarına yenidən baxılması və baş nazirin keçmiş müavini Armen Qevorkyanın həbsindən imtina edilməsi ilə bağlı qərarından kassasiya şikayəti verib.

Publika.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun İctimaiyyətlə əlaqələr üzrə şöbəsini rəisi Arevik Xaçatryan bildirib.

A.Qevorkyan Konstitusiya quruluşunun devirilməsinə kömək etməkdə, külli miqdarda rüşvət almaqda, "çirkli pulların yuyulması"nda ittiham edilir.

Onun barəsində ölkəni tərk etməmək qərarı çıxarılıb.

Qeyd edək ki, daha əvvəl Armen Qevorkyana qarşı Konstitusiya Məhkəməsi hakiminə təzyiq göstərmək üzrə ittiham irəli sürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm