Akar Vaşinqtona XƏBƏRDARLIQ ETDİ: Suriyadan çıxmağınız….
Bizi izləyin

Region

Akar Vaşinqtona XƏBƏRDARLIQ ETDİ: Suriyadan çıxmağınız….

ABŞ qoşunlarından Suriyadan çıxarılması hakimiyyət boşluğuna gətirib çıxarmamalıdır.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyində (Pentaqon) keçirilən görüşləri şərh edən Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

“Biz, xüsusi halda, amerikalı həmkarlarımıza xatırlatdıq ki, bu proses regionda hakimiyyət boşluğuna gətirib çıxarmamalıdır”, - Akar deyib.

Onun sözlərinə görə, Pentaqondakı görüş əsasən, terrorizmlə mübarizəyə həsr edilmişdi və müsbət keçdi.

“Biz bütün terror təşkilatları, həmçinin PKK/PYD/YPG, İŞİD və FETÖ ilə birgə mübarizə üzrə qətiyyətimizi təsdiq etdik. Və Amerika tərəfi bu təşəbbüsə yanaşdı”, - Akar əlavə edib.

Türkiyənin medafiə idarənin başçısı qeyd edib ki, Ankara FETÖ terror təşkilatının liderləri və fəallarının Türkiyəyə ekstradisiya məsələsini yenidən aktuallaşdırıb.

O vurğulayıb ki, Suriyada Türkiyənin hədəfi terrorçulardır.

“Bizim Suriyada kürd və ərəb mənşəli qardaşlarımızla, həmçinin başqa etnik və dini qruplarla problem yoxdur. Bizim tək hədəfimiz PKK/YPG və İŞİD terrorçularıdır. Bəziləri RKK və “kürdlər” anlayışlarını qatışdırırlar. Bu ekstremal yanlış fikirdir. İŞİD terrorçuları müsəlmanları təmsil etmədiyi kimi, PKK/YPG döyüşçüləri da kürdləri təmsil etmirlər. Unutmaq lazım deyil ki, RKK, PYD və YPG terror təşkilatlarıdır”, - Akar deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm