TBMM sədri seçilən Mustafa Şəntop kimdir?
Bizi izləyin

Region

TBMM sədri seçilən Mustafa Şəntop kimdir?

Türkiyə Böyük Millət Məclisinin yeni sədri seçilən Mustafa Şəntopun tərcümeyi-halı yayılıb.

Axar.az xəbər verir ki, Mustafa Şəntop 1968-ci il avqustun 6-da Türkiyənin Təkirdağ vilayətində anadan olub. 1991-ci ildə İstanbul Universitetinin Hüquq fakültəsini bitirib. 1993-cü ildə Mərmərə Universitetində araşdırmaçı kimi fəaliyyətə başlayıb.

O, müxtəlif illərdə müxtəlif vəzifələrdə çalışıb, ayrı-ayrı dərgilərdə yazar, baş redaktor kimi fəaliyyət göstərib.

2002-ci ildə doktorloq dissertasiyasını müdafiə edib, 2005-də dosent, 2011-ci ildə isə professor elmi dərəcəsi alıb.

M.Şəntop həmçinin İstanbul İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin prezidenti vəzifəsində çalışıb. Ədalət və İnkişaf Partiyasına qatılan Mustafa Şəntop 24, 25 və 26-cı çağırış İstanbulun millət vəkili seçilib. Bundan başqa, o, bir müddət Konstitusiya Komissiyasının sədri vəzifəsində işləyib.

Ərəb və ingilis dillərini bilir. Ailəlidir, 4 övladı var.

Qeyd edək ki, bu gün keçirilən seçkilərdə Mustafa Şəntop 336 səs toplayaraq, TBMM-in yeni sədri seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm