Saxta alkoqollu içki faciə yaşatdı: 28 nəfər xəstəxanalıq oldu
Bizi izləyin

Region

Saxta alkoqollu içki faciə yaşatdı: 28 nəfər xəstəxanalıq oldu

Cənubi Azərbaycanın şərqində yerləşən Əhər şəhərində saxta alkoqollu içkilər qəbul edən 28 nəfər zəhərlənib.

Publika.az xəbər verir ki, bu barədə Təbrizin Tibbi Elmlər Universiteti informasiya yayıb.

Universiteton rektor müavini Höccət Purfəthi jurnalistlərə açıqlamasında bildirib ki, kustar üsulla (əldəqayırma) hazırlanmış alkoqollu içkilərdən istifadə edənlər 19-50 yaş arasındadır: “Zəhərlənənlər Təbrizin Sina xəstəxanasına yerləşdirilib. Onlardan bəzilərinin səhhəti çox ağırdır. Onlar görmə qabiliyyətlərini itirə, ölüm təhlükəsi ilə üz-üzə qala bilərlər. Zəhərlənənlərin əksəriyyəti isə Əhərin Vərgəhan kəndinin sakinləridir. Onlardan biri artıq komaya düşüb”- deyə Höccət Purfəthi əlavə edib.

Xatırladaq ki, 2018-ci ilin oktyabr ayında İranın 8 əyalətində saxta alkoqollu içikilər qəbul edən 1000-dən çox insanın zəhərlənməsi barədə məlumat yayılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm