Putindən Türkiyədə sərt qarşılanacaq addım: "Osmanlıdan Qurtuluş" günü təbriki
Bizi izləyin

Region

Putindən Türkiyədə sərt qarşılanacaq addım: "Osmanlıdan Qurtuluş" günü təbriki

Rusiya prezidenti Vladimir Putin Bolqarıstan prezidenti Rumen Radevə təbrik məktubu yollayıb.

Publika.az xəbər verir ki, Putin həmkarını Bolqarıstanın Osmanlı imperatorluğundan qurtuluşun 141-ci ildönümü münasibətilə təbrik edib.

Bu barədə Kremldən açıqlama verilib.

Təbrik məktubunda “Bolqarıstanın milli bayramı olan “Osmalıdan Qurtuluş Günü” münasibətilə sizi təbrik edirəm. Bolqarıstanın azadlığı və müstəqilliyi üçün qəhrəmancasına mübarizə aparan rus əsgərlərinin və bolqar milislərinin əldə etdiyi bu uğur xalqlarımızın yaddaşlarındakı yerini əbədi qoruyacaq” sözləri qeyd edilib.

Qeyd edək ki, 3 mart 1878-ci ildə Rusiya və Osmanlı İmperatorluğu iki dövlət arasındakı müharibəyə son qoyan və Üçüncü Bolqar Krallığının 1908-ci ildə qurulması üçün ön şərtləri özündə ehtiva edən “Yaşılkənd” sülh razılaşmasını imzalamışdı. Bu xüsusi gündə döyüşlərdə həlak olan rus və türk əsgərlərinin anım mərasimləri keçirilir.

Xatırladaq ki, Osmanlının varisi olan Türkiyə Rusiya ilə hazırda yaxın siyasi-diplomatik münasibətlərdədir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm