Rusiya NATO-ya meydan oxuyur: Kalininqraddakı ordu...
Bizi izləyin

Region

Rusiya NATO-ya meydan oxuyur: Kalininqraddakı ordu...

Rusiya Baltik dənizinin sahillərində yerləşən və ölkənin ən qərb nöqtəsi olan Kalininqrad şəhərində S-400 zenit raket kompleksi yerləşdirib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi informasiya yayıb.

Kalininqradın Baltik dənizinin sahilində olması və iki NATO ölkəsi – Litva və Polşa ilə sərhəddə yerləşməsi burada havadan müdafiə sistemi qurulmasına rəvac verib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu daha öncə verdiyi açıqlamada ölkəsinin cənub və qərb bölgələrinin hərbi baxımdan gücləndiriləcəyini demişdi. O, bölgədə tank və zirehli birliklərin sayının artırılacağı, hərbi qüvvələrə yeni alayların daxil ediləcəyi və 2019-cu ildə bölgənin müdafiəsinin 40% çoxaldılacağı haqqında bilgilər də vermişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm