Türkiyə və Rusiyadan ABŞ-a qarşı ortaq addım: İyul ayında...
Bizi izləyin

Region

Türkiyə və Rusiyadan ABŞ-a qarşı ortaq addım: İyul ayında...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi Fuad Oqtay ölkəsinin diplomatik gündəmi ilə bağlı Anadolu Agentliyinə müsahibə verib.

Publika.az xəbər verir ki, Oqtay ABŞ-la Türkiyə arasında S-400 zenit raket kompleksi alınmasına görə yaşanan gərginlikdən sonra Vaşinqtondan gələn təhdidləri cavablandırıb.

O bildirib ki, Türkiyə S-400 sistemlərini Rusiyadan bu ilin iyun ayında təhvil alacaq. Türkiyə bu razılaşmadan geri addım atmaq niyyətində deyil. Prezidentin köməkçisi həmçinin, Suriyadakı terror təşkilatlarına qarşı mübarizə məsələsinə də aydınlıq gətirib:

“Fərata bu gün girə biləcək şəkildə hazırıq. Türkiyəyə qarşı təhlükəsizlik təhdidi yarada biləcək heç bir şeyə icazə verə bilmərik. Belə bir şey olarsa, “bir gecə zamansız gələ bilərik” demişik, bunu edəcəyik. Münbiçdə də eyni şəkildə. Diplomatik çərçivədə nə lazımdırsa, edərik. Nəticə çıxmazsa, meydanda hərəkətə keçərik. ABŞ-ın pulsuz şəkildə göndərdiyi 23 min TIR ağır silah hara gedir? Türkiyəyə təhdid olmayacaqmı bu silahlar?”-, Fuad Oqtay bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm