Rusiya və Türkiyədən ABŞ-ı qorxudacaq ADDIM
Bizi izləyin

Region

Rusiya və Türkiyədən ABŞ-ı qorxudacaq ADDIM

Rusiya və Türkiyə Qara dənizdə birgə hərbi təlimlər keçirib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Qara dəniz donanmasının rəsmisi Aleksey Rulev bildirib.

Hərbçilər Qara dəniz sularında əməkdaşlıq üzərində çalışıblar və gəmilərin potensial partlayış təhlükəsi zonasından çıxarılması vəzifəsini yerinə yetiriblər.

Qeyd edək ki, türk dənizçiləri 6-8 mart tarixlərində keçirilən “Mavi Vətən-2019” milli təlimləri çərçivəsində Rusiyanın Novorossiysk limanında olublar.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm