Ermənistanda rus hərbçini bıçaqlayan şəxs tutuldu
Bizi izləyin

Region

Ermənistanda rus hərbçini bıçaqlayan şəxs tutuldu

Rusiyanın Ermənistandakı hərbi bazasının hərbçisini yaralamaqda şübhəli bilinən, 1990-cı il təvəllüdlü Şirak vilayətinin sakini tutulub.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, Ermənistan sakini 22 yaşlı rusiyalı hərbçini bıçaqla yaralamaqda şübhəli bilinir.

Qeyd edilir ki, bıçaqlaşma hadisəsi martın 8-nə keçən gecə Gümrü şəhərində baş verib. Təqribən saat 01:30 radələrində Gümrü Tibb Mərkəzinə döş qəfəsində bıçaq yarası olan kişi gətirilib. Hüquq mühafizə orqanları müəyyən ediblər ki, zərərçəkən Rusiyanın 102-ci hərbi bazasının hərbi qulluqçusu Racan Kajimirovdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm