Ermənistanda növbəti etiraz aksiyası: Nümayişçilər hökumət binasını...
Bizi izləyin

Region

Ermənistanda növbəti etiraz aksiyası: Nümayişçilər hökumət binasını...

Ermənistanın paytaxtı İrəvanda növbəti etiraz aksiyası baş qaldırıb.

Publika.az xəbər verir ki, lombard və valyutadəyişmə məntəqələrinin əməkdaşları hökumət binasının qarşısında növbəti dəfə etiraz aksiyasına toplaşıblar.

Etiraza səbəb lombard və valyutadəyişmə məntəqələrində dövlət rüsumunun 60 dəfə artırılmasını nəzərdə tutan qanunun qəbul edilməsidir. Aksiyaçılar hökumətdən "Dövlət rüsumları haqqında" qanuna dəyişiklik olunmasını tələb edirlər.

Hazırda lombardlar 100 min dram, valyutadəyişmə məntəqələsi isə 50 min dram dövlət rüsumu ödəyirlər. Qanunda yeni dəyişiklik isə bu məbləğlərin müvafiq şəkildə 6 və 3 milyon drama qaldırılmasını tələb edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm