Ruhani: İran ABŞ-ı məhkəməyə verməlidir
Bizi izləyin

Region

Ruhani: İran ABŞ-ı məhkəməyə verməlidir

İran Prezidenti Həsən Ruhani sanksiyalar siyasətinə görə, ABŞ-ı beynəlxalq məhkəməyə verməyi təklif edib.

Publika.az Trend-ə istinadən xəbər verir ki, H.Ruhani ABŞ-ın tətbiq etdiyi sanksiyaların çox sərt olduğunu deyib.

İran prezidenti ölkənin sanksiyaların öhdəsindən gəldiyini də əlavə edib:

“Sanksiyalar milli valyutanın dəyərinə təsir edib, inflyasiya artıb, amma biz bunun öhdəsindən gələ bildik. ABŞ düzgün yolda deyil və biz bununla mübarizə aparmalıyıq. İranın məhkəmə orqanları ABŞ-a, onun məmurlarına, eləcə də sanksiyanın müəlliflərinə bəşəriyyətə qarşı cinayət ittihamları ilə iddia qaldırmalıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm