Milli Təhlükəsizlik Şurasından TARİXİ MESAJLAR
Bizi izləyin

Region

Milli Təhlükəsizlik Şurasından TARİXİ MESAJLAR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Prezident Sarayında keçirilən Milli Təhlükəsizlik Şurasının 4,5 saatlıq toplantısı başa çatıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, toplantıdan sonra verilən yazılı açıqlamada Türkiyənin cənub sərhədləri boyunca terror dəhlizinin yaradılmasına heç vaxt icazə verilməyəcəyi vurğulanıb.

Açıqlamada Suriyanın siyasi birliyi və ərazi bütövlüyü çərçivəsində ölkənin bütün terror təşkilatlarından təmizlənməsi üçün Türkiyənin göstərdiyi səylərin qətiyyətlə davam etdiriləcəyi qeyd edilib. Həmçinin, Suriyanın şimalında təhlükəsiz zonanın terror təşkilatların deyil, iki ölkə xalqının təhlükəsizliyini təmin edəcək şəkildə qurulacağı halda qəbul ediləcəyi, Münbiç və Fəratın şərqi terror təşkilatlarından təmizlənmədən bölgədə sabitliyin təminatının və göç axınının dayandırılmasının mümkün olmayacağı ifadə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm