• USD 1,7000 0,00% EUR 2,0259 0,00%
    • GBP 2,3667 0,00% RUB 0,0235 0,00%

İran Türkiyənin dünyaya elan etdiyi hərbi hərəkatla bağlı gizlinləri ortaya çıxardı

  • Region
  • 21 Mart 2019 12:12
  • 1 151 Baxış
İran Türkiyənin dünyaya elan etdiyi hərbi hərəkatla bağlı gizlinləri ortaya çıxardı

“İran Silahlı Qüvvələri Türkiyə ordusu ilə birlikdə sərhəddə PKK terror təşkilatına qarşı hərbi əməliyyat keçirmədi”.

Publika.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin mətbuat katibi Əbdülfəzl Şəkərci deyib.

Tasnim xəbər agentliyinin informasiyasına görə, İran ordusu bu açıqlama ilə ikinci dəfə sərhəd qonşusu ilə birlikdə hərbi təlimlər keçirdiyini yalanlayır.

Qeyd edək ki, ötən gün İran Daxili İşlər Nazirliyi İran və Türkiyə rəsmiləri arasında iki ölkənin sərhəd xəttində PKK-ya qarşı paralel və koordinasiyalı şəkildə başladılan hərbi əməliyyat haqqında telefonda danışıblar. Onlar təlimlərin bir müddət də davam etməsinə dair razılığa gəliblər.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkəsinin PKK-ya qarşı İran ilə ortaq əməliyyat keçirdiyini açıqlamış, İran ordusunda bir qaynaq isə bunu yalanlamışdı.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə məsələ ilə bağlı açıqlamasında “Uzun müddətdir İran-Türkiyə sərhədində... Bunlara qarşı ortaq hərbi əməliyyat haqqında danışdıq. Həmd olsun, bu gecə həyata keçdi. Daha əvvəl də edildi, amma bu daha genişmiqyaslı oldu” sözlərini demişdi.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR