Putinin Ərdoğanla bağlı məqsədi... – Politoloqdan SENSASİON İDDİA
Bizi izləyin

Region

Putinin Ərdoğanla bağlı məqsədi... – Politoloqdan SENSASİON İDDİA

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanı Krımda tikintisi başa çatmaqda olan məscidin açılışına dəvət etməklə dostunu çətin duruma sürükləyib.

Publika.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

“Ərdoğan və Türkiyə Krımı Ukrayna ərazisi sayır və yarımadanın Rusiyaya birləşdirilməsinin əleyhinədir, bunu tənqid edirlər. Bundan başqa Ərdoğanın Rusiyanın haqqında cinayət işi açdığı Krım türklərinin lideri Mustafa Cəmiloğlu ilə sıx təmasları var. İndi Ərdoğan Putinin dəvətini qəbul edib ilhaq olunmuş Krıma getsə həm daxili, həm də xarici siyasətdə ciddi tənqidlərlə üzləşəcək, xarizması zədələnəcək. Getməsə bu halda da Putinin dəvətini qulaqardına vurmuş olacaq. Putinin məqsədi də elə bu idi, dostunu çətin seçimə sürükləmək! Əsl dost belə etməzdi!” – o qeyd edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm