Ermənistanda növbəti ETİRAZ DALĞASI: nazirin istefası tələb olunur
Bizi izləyin

Region

Ermənistanda növbəti ETİRAZ DALĞASI: nazirin istefası tələb olunur

Ermənistanda teatr fiqurları mədəniyyət naziri Nazeni Qaribyanı istefaya çağırıb.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, Ermənistanın 10-dan çox kinoteatrının müdiri və rejissorları bu barədə ərizə yazıblar.

Ermənistanın Teatr İşçiləri Birliyinin saytından verilən informasiyaya görə, teatr işçiləri Konstantin Orbelyanın Milli Spendiaryan Milli Akademik Opera və Balet Teatrının direktoru vəzifəsindən çıxarılmasına etiraz olaraq nazirin postundan getməsini istəyirlər. "Mədəniyyət Nazirliyi bizim səbr kasamızı doldurub. Son günlərdə yaşanan hadisələr, onların əsassız və qanunsuz qərarları teatr inkişafına qətiyyən töhfə verməyib" - məlumatda deyilir.

Qeyd edək ki, Ermənistanın mədəniyyət naziri Milli Akademik Opera və Balet Teatrının direktorunun işdən çıxarılmasına səbəb kimi onun erməni dilini mükəmməl bilməməsini göstərib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm