İstanbulda BALANS DƏYİŞDİ: AKP səsləri şikayət edəcək
Bizi izləyin

Region

İstanbulda BALANS DƏYİŞDİ: AKP səsləri şikayət edəcək

Ötən gün Türkiyədə keçirilən bələdiyyə seçkilərində sandıqların bir çoxunda etibarsız səslərə və qanunsuzluqlara rast gəlinib.

Publika.az xəbər verir ki, bu barədə Ədalət və İnkişaf Partiyasının (AKP) baş katibi Fatih Şahin danışıb.

Baş katib bildirib ki, İstanbul, Iğdır və Ankaradakı sandıqların bir çoxunda qanunsuzluqlara və etibarsız səsələrə rast gəlinib. F.Şahin qeydiyyata alınan etibarsız səslərlə bağlı seçki məntəqələrinə etiraz edəcəklərini və bundan sonra səslərin yenidən araşdırılmasını təmin edəcəklərini deyib.

"Ankarada 12 min 158 sandığın bir çoxunda etibarsız səslər təsbit etdik. Qanuni haqlarımızı sonuna qədər qoruyacağıq. Ankaralıların iradəsinin tapdalanmasına icazə verməyəcəyik. Səslərin 98,8%-nin hesablandığı İstanbulda toplam qeydiyyatda olan 10 milyon 570 min 939 seçicidən 8 milyon 731 min 330-u səs verib. 83,53% aktivlik göstərən İstanbulda 290 min 394 səs etibarsız sayılıb”.

Qeyd edək ki, rəsmi rəqəmlərə görə, İstanbuldakı səslərin 99,63%-ni hesablanıb.

Nəticəyə əsasən, CHP-nin İstanbul bələdiyyəsi vəzifəsinə namizədi Əkrəm İmamoğlu 4 milyon 155 min 141 səslə mübarizədə irəliyə keçib. Onun ən yaxın rəqibi Binəli Yıldırım 4 milyon 127 min 770 səs toplayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm