İranda bu məhsulların ixracına qadağa qoyuldu: Azərbaycana da gətirilir
Bizi izləyin

Region

İranda bu məhsulların ixracına qadağa qoyuldu: Azərbaycana da gətirilir

İranda soğan və kartofun kəskin bahalaşmasını nəzərə alınaraq, bu məhsulların ixracının qadağan edilməsi ilə bağlı qərar verilib.

Publika.az xəbər verir ki, İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin qəbul etdiyi qərar aprel ayının 4-dən qüvvəyə minəcək və qeyri-müəyyən vaxta qədər davam edəcək.

Sənaye, mədən və ticarət naziri Rza Rəhmani İran Gömrük Təşkilatına göndərdiyi məktubda qərarın qəbul edilməsinin səbəbinin “daxili bazarı tənzimləmək” olduğunu bildirib.

Qeyd edək ki, son günlər İranda soğan və kartofun qiyməti kəskin artıb. Məlumatlara əsasən, hazırda ölkənin müxtəlif bölgələrində soğanın 1 kiloqramı 16 min tümənə satılır.

Bu qərarla həmçinin pomidor ixracatına qoyulmuş qadağa qaldırılıb.

Məlumat üçün bildirək ki, 2017-ci ildə kartof Azərbaycana ən çox İrandan idxal olunub. Bu rəqəm 50 min 118 ton təşkil edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm