• USD 1,7000 0,00% EUR 1,8748 -0,18%
    • GBP 2,2200 -0,48% RUB 0,0273 -0,73%
election

İranda QUM FIRTINASI

  • Region
  • 1 Aprel 2019 16:34
  • 646 Baxış
İranda QUM FIRTINASI

İran eyni vaxtda bir neçə təbii fəlakətlə mübarizə aparır.

Publika.az xəbər verir ki, güclü daşqınlar və zəlzələdən sonra bu dəfə ölkədə qum qasırğası baş qaldırıb.

İsfahan vilayətində başlayan qasırğa rəsmi qurumları hərəkətə keçirib. Əhalinin təhlükəsizliyi üçün təcili yardım hazır vəziyyətə gətirilib.

Təbii fəlakətlə bağlı insan tələfatının olmadığı bildirilib. Lakin bölgədə bir çox avtomobillərə, evlərə maddi ziyan dəyib.

Qeyd edək ki, bu gün İranın Kirmanşah əyalətində güclü zəlzələ qeydə alınıb. Ölkənin bir çox bölgələrində isə güclü yağışlar sel və daşqınlar əmələ gətirib.

Zümrüd

Xəbər lenti

DAHA ÇOX XƏBƏR