Putin və Ərdoğan yenidən bir arada: S-400 raket kompleksi...
Bizi izləyin

Region

Putin və Ərdoğan yenidən bir arada: S-400 raket kompleksi...

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı qonaq edəcək.

Publika.az xəbər verir ki, Ərdoğan Türkiyə-Rusiya Mədəniyyət və Turizm İlinin açılışı və Türkiyə-Rusiya Ali Səviyyəli Əməkdaşlıq Şurasının toplantısı üçün aprelin 8-də Rusiyaya səfər edəcək.

Liderlər görüş çərçivəsində “Bolşoy teatrı”nda “Troya” tamaşasını izləyəcəklər.

Qeyd edək ki, Putin və Ərdoğan 2019-cu ildə artıq 2 dəfə görüşüblər. Bundan əvvəl Türkiyə prezidenti yanvarın 23-də Putinlə görüşmüşdü. Onun ikinci səfəri fevralın 14-də Soçidə baş tutmuşdu.

Liderlərin NATO və ABŞ-ın dərin narahatlığına səbəb olan S-400 zenit raket kompleksinin alış-verişi ilə bağlı yekun açıqlama verəcəyi ehtimal edilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm