Çavuşoğlu: Heç kim Türkiyəni buna məcbur edə bilməyəcək
Bizi izləyin

Region

Çavuşoğlu: Heç kim Türkiyəni buna məcbur edə bilməyəcək

Heç kim Ankaranı Rusiya və Qərb arasında seçim etməyə məcbur edə bilməyəcək.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib.

Çavuşoğlu daha əvvəl söyləyib ki, Rusiyanın “S-400” sistemlərinin alınması məsələsi bağlanıb.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyəni "S-400" və NATO arasında seçim etməyə çağırmışdı.

"Türkiyə seçim etməlidir. O, tarixin ən müvəffəqiyyətli hərbi ittifaqında əhəmiyyətli partnyor kimi qalmaq istəyirmi, yoxsa belə düşünülməmiş qərarları - hansılar ki, bizim ittifaqımızı pozur - qəbul edərək bu əməkdaşlığın təhlükəsizliyinə risk etmək istəyir",- Penst tvitter səhifəsində yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm