Ankarada səslər yenidən sayılacaq
Bizi izləyin

Region

Ankarada səslər yenidən sayılacaq

Martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində səsvermə ilə bağlı edilmiş şikayətlə əlaqədar Ankara vilayətinin 11 mahalında bülletenlər təkrar sayılacaq.

Publika.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, səslərin təkrar sayılması ilə bağlı şikayət hakim Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən edilib.

Qeyd edək ki, ilkin nəticələrə görə, səsvermədə AKP-nin namizədi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədindən təxminən 2 faiz az səs toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm