Rusiyadan S-400 AÇIQLAMASI: Türkiyə müqavilədən imtina edərsə...
Bizi izləyin

Region

Rusiyadan S-400 AÇIQLAMASI: Türkiyə müqavilədən imtina edərsə...

“Rusiya Türkiyənin S-400 zenit raket komplekslərindən imtina etməsinə görə narahat deyil”.

Publika.az xəbər verir ki, bunu Rusiya baş nazirinin köməkçisi Yuri Borisov deyib.

Onun sözlərinə görə, hazırda S-400 komplekslərinin satışına dair imzalanan müqavilə mərhələlər üzrə olduğu kimi davam edir: “Hələlik Türkiyə imzalanan müqavilənin öhdəliklərinə sadiqdir və bunları dəqiq şəkildə yerinə yetirir. Geri qalan hər şey dedi-qodudur. Buna görə də hələ ki, narahatlığımız yoxdur”.

Qeyd edək ki, Türkiyənin Rusiyadan S-400 zenit raket komplekslərini alması ABŞ başda olmaqla, NATO müttəfiqlərini ciddi narahat edir. Buna görə Türkiyəni müxtəlif diplomatik və maliyyə sanksiyaları ilə hədələyirlər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm