ABŞ-ın Türkiyə təhdidinə Rusiyadan SƏRT CAVAB
Bizi izləyin

Region

ABŞ-ın Türkiyə təhdidinə Rusiyadan SƏRT CAVAB

Rusiyadan ABŞ-ın Türkiyəni təhdid etməsinə reaksiyası gəlib.

Publika.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin köməkçisi Aleksandr Qruşko ABŞ-ın Türkiyənin S-400 zenit raket kompleksi ilə NATO arasında seçim etmək təhdidini təzyiq mexanizmi kimi dəyərləndirib.

Onun sözlərinə görə, Vaşinqton müttəfiqlərinə təzyiq tətbiq etmək üçün bütün imkanlardan istifadə edir.

Qruşko deyib ki, ABŞ kimin kiminlə dostluq münasibətləri qurulub-qurmayacağı, hansı ölkələrə sanksiya tətbiq olunacağı, hansı ölkələrdəki rejimlərin demokratik, hansılarda demokratik olmadığı, hansıların dəyişdirilməsi mövzusunda təzyiqdən istifadədə tərəddüd etmir. Buna görə də Türkiyəyə tətbiq etdiyi təzyiq təəccüblü deyil.

Qeyd edək ki, ABŞ-ın prezident köməkçisi Mayk Pens Türkiyənin Rusiyadan aldığı S-400 raketdən müdafiə kompleksi ilə bağlı verdiyi açıqlamada “Türkiyə S-400 ilə NATO arasında seçim etməlidir” ifadələrini işlədib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm