• USD 1,7000 0,00% EUR 1,8924 0,00%
    • GBP 2,2219 0,00% RUB 0,0276 0,00%

Türkiyə Avropa İttifaqı və NATO-ya söz verdi: “S-400”-lər...

  • Region
  • 7 Aprel 2019 07:35
  • 2 420 Baxış
Türkiyə Avropa İttifaqı və NATO-ya söz verdi: “S-400”-lər...

Rusiyadan əldə edilən “S-400” zenit-raket sistemləri yalnız Türkiyəni deyil, həm də Avropa İttifaqı və NATO ölkələrini qoruyacaq.

Publika.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, bu haqda hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömər Çelik bildirib.

O qeyd edib ki, Ankara hava hücumuna qarşı müdafiə sisteminin gücləndirilməsi üzrə variantlarını axtarmağa idi, çünki ABŞ-ın təklif etdiyi “Patriot” sistemlərinin alınmasına dair şərtlər Ankaranı qane etməyib.

AKP-nin sözçüsü NATO-nu ikili standartlarda ittiham edib. O bildirib ki, Yunanıstan Rusiyanın “S-300” sistemlərini hər hansı problem olmadan alsa da, Ankaranın “S-400”-ləri əldə etməsi çətinliklərlə qarşılaşır.

Ömər Çelik təsdiqləyib ki, “S-400”-lər bu ilin iyulunda Türkiyədə yerləşdiriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR