Putinlə Ərdoğan GÖRÜŞÜR - Dünyanın gözü Moskvada
Bizi izləyin

Region

Putinlə Ərdoğan GÖRÜŞÜR - Dünyanın gözü Moskvada

Bu gün Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutacaq.

Publika.az xəbər verir ki, Moskvada keçiriləcək görüşdə liderlər bir sıra beynəlxalq və regional məsələləri müzakirə edəcək.

Görüşün əsas mövzusu Suriya məsələsi olacaq. Bundan başqa, Türkiyənin Rusiyadan aldığı S-400 raket kompleksi ilə bağlı yekun ortaq açıqlama verilməsi gözlənilir.

Görüşdən sonra prezidentlər Kreml sarayında gerçəkləşdiriləcək Ali Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci toplantısına rəhbərlik edəcək. Toplnatıya Türkiyə və Rusiyanın iş dünyasından geniş heyət qatılacaq. İmzalanacaq memorandumlardan sonra Ərdoğan və Putinin ortaq mətbuat konfransı təşkil ediləcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm