Ərdoğan və Putindən ilk ortaq açıqlama: "Hədəfimiz..."
Bizi izləyin

Region

Ərdoğan və Putindən ilk ortaq açıqlama: "Hədəfimiz..."

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskva səfəri başlayıb.

Publika.az xəbər verir ki, Ərdoğan rusiyalı həmkarı Vladimir Putin ilə təkbətək görüş keçirib.

Görüşdən sonra liderlər ilk ortaq açıqlamalarını verib.

“Türkiyə ilə münasibətlərimizin, xüsusilə, iqtisadi sahədə inkişafından məmnunuq. Beynəlxalq münasibətlərdə və qlobal problemlərlə bağlı Türkiyə ilə geniş əməkdaşlığımız var. Ticarət həcmimiz 35 milyard dollara çatıb. İki ölkə arasında qərarlaşdıracağımız bir çox mövzu var” – Putin deyib.

Ərdoğan isə həmkarı ilə 13 dövlətlərarası razılaşma imzalayacağını diqqətə çatdırıb: “Hədəfimiz ticarətdə 100 milyard dollara çatmaqdır. Bir digər addım isə bölgədəki terror hadisələrinə qarşı atacağımız addımlardır”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm