İrandan Vaşinqtona MÜHARİBƏ XƏBƏRDARLIĞI: İnqilab Keşikçiləri ABŞ donanmasını... - - FOTO
Bizi izləyin

Region

İrandan Vaşinqtona MÜHARİBƏ XƏBƏRDARLIĞI: İnqilab Keşikçiləri ABŞ donanmasını... - - FOTO

“Cənab Tramp, ABŞ donanmasına söylə, İnqilab Keşikçilərinin gəmilərinin yaxınlığından keçməsinlər”.

Publika.az xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun sabiq komandiri Muhsin Rəzai deyib.

İran Silahlı Qüvvələri tərəfindən yayımlanan ultimatumda ABŞ-ın korpusu xarici terror təşkilatı siyahısına salması qınanılıb və alınan bu qərarın doğuracağı nəticələrə dair ABŞ-a xəbərdarlıq edilib.

Ultimatumda ABŞ məcarə axtarışında olan cani dövlət adlandırılıb. Onun bölgədəki terror qruplaşmalarını dəstəkləməsinə diqqət çəkilib: “ABŞ İsraili qorumaq üçün İraq, Suriya və Əfqanıstanda İŞİD və Əl-Qaidə kimi terror təşkilatlarına dəstək verir. İŞİD ABŞ-ın bölgədə terror təşkilatları ilə münasibətlərini göstərən ən yaxşı nümunələrdən biridir. İnqilab Keşikçiləri İraq və Suriyada hər iki ölkənin dəvəti ilə İŞİD-ə qarşı mübarizə aparıb. İŞİD-ə vurulan zərbələrlə ABŞ böyük bir məğlubiyyətə uğradı. İnqilab Keşikçiləri ABŞ Mərkəzi Qüvvələr Komandanlığı ilə mübarizədən geri çəkilməyəcək”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İran Silahlı Qüvvələrinə bağlı İnqilab Keşikçiləri Korpusunu xarici terror təşkilatları siyahısına salınması ilə bağlı açıqlama vermişdi. Qərar çərçivəsində korpusla əlaqəsi olan, əməkdaşlıq edən hər bir şəxs və qurum ağlr sanksiyalara məruz qalacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm