İstanbulda bələdiyyə seçkilərinin nəticəsi ləğv edilə bilər - Ərdoğandan KRİTİK AÇIQLAMA
Bizi izləyin

Region

İstanbulda bələdiyyə seçkilərinin nəticəsi ləğv edilə bilər - Ərdoğandan KRİTİK AÇIQLAMA

Türkiyədə keçirilmiş bələdiyyə seçkilərinin İstanbul üzrə nəticələri ləğv oluna bilər.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, İstanbulda səsvermənin nəticələri saxtalaşdırılıb. Buna görə də seçkilərin yenidən keçirilməsi gündəmdədir.

Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyasının İstanbul bələdiyyəsi üzrə namizədliyini irəli sürən (CHP) Əkrəm İmamoğlu seçkilərdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırıma kiçik fərqlə qalib gəlib.

AKP-nin İstanbul bölməsinin rəhbəri Bayram Şenocak isə seçkilərin nəticələrinin Əkrəm İmamoğlunun xeyrinə saxtalaşdırılması ilə bağlı dəlillərə malik olduğunu deyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm