Yarım milyon insan üçün BÖYÜK TƏHLÜKƏ - Azərbaycanın qonşuluğunda fəlakət
Bizi izləyin

Region

Yarım milyon insan üçün BÖYÜK TƏHLÜKƏ - Azərbaycanın qonşuluğunda fəlakət

İranda təbii fəlakət qurbanlarının sayı 77 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İranın Təcili Tibbi Yardım Mərkəzinin rəisi Pirhüseyn Kolivənd deyib.

O bildirib ki, üç həftəlik sel fəlakəti ən az yarım milyon insanın həyatına ziyan vurub: “Bu günə qədər sel qurbanlarının sayı 77 nəfərə, yaralananların sayı isə 1076 nəfərə çatıb. Yaralılananlardan 30-u hələ də xəstəxanalarda həkim nəzarəti altında saxlanılır. Bundan başqa, seldən ziyan görmüş bəzi bölgələrdə əhali içməli su və qida çatışmazlığı problemi ilə üz-üzə qalıb”, - deyə Kolivənd əlavə edib.

İran Səhiyyə Nazirliyinin rəsmisi Zəhra Abdullahi da mediaya açıqlamasında təbii fəlakətdən zərər çəkmiş bəzi bölgələrin əhalisinə qida yardımından danışıb: “Hazırda daşqın və seldən ziyan çəkmiş bəzi bölgələrdə əhali arasında birgünlük, üçgünlük və bir aylıq qida bağlamaları paylanılır. Təəssüflər olsun ki, yerli şəhər icra hakimiyyətlərinin bu böhranı aradan qaldırmaq üçün kifayət qədər münasib təchizatı, lazımi avdanlığı və texnikası yoxdur. Bu isə sel fəsadlarının aradan qaldırılması işini ləngidir”.

Qeyd edək ki, təbii fəlakət nəticəsində 400-dən çox bölgədə minlərlə şəhər və kənd evlərinə xeyli ziyan dəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm