Türkiyəyə göndəriləcək S-400 kompleksləri ilə bağlı ilginc iddia
Bizi izləyin

Region

Türkiyəyə göndəriləcək S-400 kompleksləri ilə bağlı ilginc iddia

Son günlərdə Rusiyanın Türkiyəyə göndərməyə hazırlaşdığı S-400 zenit raket kompleksinin mənzili haqqında çıxan iddialar rusları narahat edib.

Publika.az xəbər verir ki, bir çox mənbələrdə S-400 sisteminin gücünü zəif göstərmək məqsədilə onun mənzilinin 250 km olduğu bildirilib. Lakin “Kommersant” qəzeti sistemlərin 250 deyil, 380-400 km mənzilə sahib olduğunu açıqlayıb.

Sistemin radar mənzili isə 600 kilometrdir.

Qeyd edək ki, Türkiyənin Rusiyadan havadan müdafiə sistemi alması NATO müttəfiqi olan ABŞ-da təşviş yaradıb. Vaxtilə Ankaraya “Patriot” havadan müdafiə sistemi satmayan Vaşinqton S-400-lərin potensialından narahatdır. Buna görə də havadan müdafiə sisteminin Türkiyəyə tədarük edilməməsi üçün hər fürsətdən yararlanmağa çalışır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm