ABŞ və Türkiyə razılaşa bilmədi: mənbələr bütün detalları açdılar
Bizi izləyin

Region

ABŞ və Türkiyə razılaşa bilmədi: mənbələr bütün detalları açdılar

Rəsmi Vaşinqton və Ankara məsləhətləşmələr zamanı Rusiyanın S-400 zenit-raket sistemlərinin Türkiyəyə satışı ilə bağlı fikir ayrılıqlarını aradan qaldıra bilməyib.

Publika.az xəbər verir ki, bu haqda məlumatlı mənbələrə istinadən “The Wall Street Journal” qəzeti bildirib.

Nəşr qeyd edir ki, ABŞ və Türkiyənin nümayəndələri mövzunu bu həftə Vaşinqtonda müzakirə edirdilər. Mövzu xüsusi halda, bazar ertəsi ABŞ prezidenti Donald Trampla Türkiyənin maliyyə naziri Berat Albayrakın görüşündə diqqət mərkəzində olub.

Qəzet Türkiyə prezidentinin sözçüsü İbrahim Kalının sözlərini sitat gətirib. O, ümidvar olduğunu ifadə edib ki, Amerika tərəfi S-400 komplekslərinin alınmasına görə Ankaraya qarşı sanksiyalar tətbiq etməyəcək.

“Hamı anlamalıdır ki, Türkiyədə təhlükəsizliklə bağlı əsaslandırılmış narahatçılıq var”, - Kalın əlavə edib.

Amerika nəşrinin yazdığına görə, Türkiyədə, çox güman ki, növbəti iki və ya üç ay ərzində S-400 komplekslərinin yerləşdirilməsinə başlanılacaq. Materialda təsdiq edilir ki, bu mübahisəli məsələnin həlli üçün çox az vaxt qalıb.

Kalının sözlərinə görə, Ankara həmçinin ABŞ-ın “Patriot” zenit-raket sistemlərini əldə etmək imkanlarını istisna etmir. Amma o vurğulayıb ki, bu sistemlər S-400-lərin əvəzedicisi olmayacaq. Türkiyə prezidentinin sözçüsü əminliyi ifadə edib ki, S-400 kompleksləri Türkiyəyə daxil olacaq.

Qeyd edək ki, Vaşinqton S-400-lərdən imtina etməyəcəyi halda, F-35 beşinci nəsil Amerika qırıcı-bombardmançılarının Türkiyəyə satılmayacağını, qırıcıların istehsalı üzrə proqramda Ankaranın sonrakı iştirakının təhlükə altına düşəcəyini, həmçinin Ankaranın digər sanksiyalara məruz qalacağını bəyan edib. Ekspertlər Türkiyəyə qarşı növbəti iqtisadi müharibənin elan ediləcəyini istisna etmirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm