ABŞ-dan Xamenei və SEPAH-a ŞOK: yüksək rütbəli hərbçilər və rəsmilərin...
Bizi izləyin

Region

ABŞ-dan Xamenei və SEPAH-a ŞOK: yüksək rütbəli hərbçilər və rəsmilərin...

Ötən gündən başlayaraq İranın yüksək rütbəli hərbçilər və rəsmi şəxslərinin sosial media hesabları silinir.

Publika.az xəbər verir ki, dünən axşam saatlarından etibarən İranın dini lideri Əli Xameneinin “İnstaqram” sosial şəbəkəsində ingilis dilində fəaliyyət göstərən rəsmi səhifəsinə giriş mümkün olmayıb.

Səhər saatlarından başlayaraq “İnstaqram” SEPAH-ın rəsmi səhifələrini silib. Proses ilkin olaraq “Qüds Briqadası”nın komandanı Qasım Süleymaninin səhifəsi ilə başlayıb.

Bundan başqa, SEPAH-ın baş komandanı Məhəmmədəli Cəfəri, Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bağıri, Baş Qərargahın komandanlarından olan Musa Kamali, Ali Məsləhət Şurasının üzvü Məhəmmədbağır Qalibaf, SEPAH komandanlarından biri və Dövlət Teleradio Verilişləri Şirkətinin sabiq rəhbəri İzzətullah Zərğaminin də hesabları bloklanıb.

Səhifələrin silinməsi ilə bağlı rəsmi açıqlma verilməsə də, prosesin ABŞ-ın İran Silahlı Qüvvələrinin İnqilab Keşikçiləri Koprusunu xarici terror təşkilatları siyahısına salması ilə bağlı olduğu ehtimal edilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm