• USD 1,7000 0,00% EUR 1,9008 +0,29%
    • GBP 2,1523 +0,13% RUB 0,0262 -0,76%

"ABŞ Türkiyəni çökdürmək üçün iki cəbhədən..." - Ekspertdən xəbərdarlıq

  • Region
  • 18 Aprel 2019 10:38
  • 637 Baxış
"ABŞ Türkiyəni çökdürmək üçün iki cəbhədən..." - Ekspertdən xəbərdarlıq

“Şərqi Aralıq dənizinə strateji bir qasırğa gəlir”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin təhlükəsizlik və strategiya üzrə mütəxəssisi Yusuf Alabarda deyib.

Mütəxəssisin sözlərinə görə, son dövrlərdə Şərqi Aralıq dənizində baş verən proseslər Suriya və Türkiyəyə qarşı hərəkətliliyə işarədir: “Türkiyə çoxistiqamətli şəkildə hədəf alınıb. Ankaranın başını qatmağa çalışırlar. Ana hədəf isə Şərqi Aralıq dənizidir. Paralel zamanda həm bu bölgəyə, həm də Suriyada Fərat çayının şərqinə hücumlar başlayacaq. Türkiyəni iki cəbhədə birdən sıxıntıya düçar edəcək siyasətin izindədirlər”.

Alabarda İsrail, Yunanıstan, Cənubi Kipr və Misir ittifaqının Şərqi Aralıq dənizində keçirdiyi hərbi təlimlərə də diqqət çəkib: “Tam da bu nöqtədə S-400 böhranı partlayır. Çünki Türkiyə S-400 sistemlərini bu nöqtəyə yerləşdirsə, həm Suriyada, həm də Şərqi Aralıq dənizində hava üstünlüyünü ələ keçirəcək. ABŞ-dakı hərbi ağıl bunu gördüyü üçün Türkiyənin müdafiəsinin qapıçısız futbol komandası kimi meydanda olmasını görmək istəyir. Türkiyə havadan müdafiəsini təmin etdikdən sonra bölgəyə milli silahlarını yerləşdirərək üstünlüyü daha da yuxarı səviyyəyə qaldıracaq. O zaman Türkiyənin biləyinin bükülməsinin mümkün olmadığını da bilirlər.

Şərqi Aralıq dənizində qaynaqlı strateji qasırğa gəlir. Toplum buna hazır olmalıdır. Çünki iki alternativimiz var. Ya hər şeydən imtina edib ABŞ-a bağlı siyasətlə gedən Türkiyə olacağıq, ya da qarşımızdakı divarları parçalayıb öz siyasətimizi inşa edəcəyik”.

Zümrüd

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR