ABŞ Türkiyəni BOMBARDMAN ETMƏK İSTƏYİR: Rusiyadan gündəmi dəyişdirəcək İDDİA
Bizi izləyin

Region

ABŞ Türkiyəni BOMBARDMAN ETMƏK İSTƏYİR: Rusiyadan gündəmi dəyişdirəcək İDDİA

ABŞ təyyarələri Türkiyəni təhdid etməyəcəyi halda, S-400 zenit-raket sistemləri də F-35-lər üçün təhdid yaratmayacaq.

Publika.az xəbər verir ki, bu haqda Rusiya Hərbi Ekspertlər Assosiasiyasının eksperti Aleksandr Perenciyev bildirib.

“Bu mövzuyla əlaqədar bəzi məqamlar tamamilə səhv təqdim edildi. ABŞ təyyarələri Türkiyəni təhdid etməsə, S-400 sistemləri F-35-lər üçün heç bir təhdid yaratmayacaq. Bu səbəbdən burada təməl ünsür S-400 və F-35 deyil, Türkiyə ilə ABŞ arasındakı əlaqələr sistemidir. S-400 sistemləri yalnız Vaşinqtonun Türkiyənin təhlükəsizliyini təhdid edəcəyi halda, F-35 təyyarələri üçün təhlükə yarada bilər. ABŞ-ın narahatlıq yaradan açıqlamaları bir az fərqli bir şeyi, yəni Vaşinqtonun Türkiyəni bombardman variantı üzərində dayandığını göstərir. Bu variant tətbiq olunacağı halda, S-400 sistemləri bütün planları pozacaq və təhdid ünsürü halına gələcək. Əgər ABŞ belə bir addım atmazsa, S-400-lər onlar üçün heç bir təhdid yaratmayacaq”, - rusiyalı ekspert deyib.

Onun sözlərinə görə, 'S-400 sistemləri ABŞ-I Türkiyəyə hörmət göstərməyə məcbur edir.

Xatırladaq ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “S-400 sistemləri Türkiyədə olarsa, F-35-lərin sisteminə girər” iddiasını doğru və həqiqi hesab etmirik” söyləmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm