• USD 1,7000 0,00% EUR 1,8840 -0,15%
    • GBP 2,2176 +0,23% RUB 0,0275 -0,36%
election

Türkiyə ilə İran arasında yeganə ziddiyyətli məsələ... - Səfir

  • Region
  • 20 Aprel 2019 10:00
  • 600 Baxış
Türkiyə ilə İran arasında yeganə ziddiyyətli məsələ... - Səfir

Suriya məsələsi Türkiyə ilə İran arasında yeganə ziddiyyətli məsələdir. Buna baxmayaraq, sıx əlaqələr və güclü iradə sayəsində əhəmiyyətli bir fürsət yaxaladıq.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə İranın Türkiyədəki səfiri Məhəmməd Fərəzmənd çıxış edib.

"Son 6-7 il ərzində Türkiyə ilə münasibətlərimizin daha çox inkişaf etməsinin səbəblərindən biri Suriya məsələsidir. Biz də Türkiyənin köməyi sayəsində Suriyada qarşıdurmaların azalmasını təmin etdik. Cenevrə danışıqlarının tərəfləri Suriyanın problemlərini həll etmək məsələsində demək olar ki, heç bir şey edə bilmədilər. İndi İdlibdə və Suriyanın şərqində bəzi problemlərimiz var. XİN rəhbəri Cavad Zərif Şamdan Ankaraya gəldi. Dəməşq və Ankarada apardığı danışıqların mövzularından biri də İdlib və Suriyanın şərqi oldu. Bu problemləri də həll edəcəyimizə inanıram. Bölgədəki problemləri ən yaxşı şəkildə Türkiyə və İran dostluğu həll edə bilər", - səfir qeyd edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR