Futbol azarkeşlərini daşıyan avtobus yük maşını ilə toqquşdu - Xəsarət alanlar var
Bizi izləyin

Region

Futbol azarkeşlərini daşıyan avtobus yük maşını ilə toqquşdu - Xəsarət alanlar var

Türkiyədə "Bursaspor" futbol klubunun azarkeşlərini daşıyan avtobus yük maşını ilə toqquşub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kocelidə baş verən qəzada avtobusdakı 7 sərnişini xəsarət alıb.

Hadisə yerinə təcili yardım və xilasetmə briqadaları cəlb edilib. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Məlumata görə, azarkşlər Türkiyə liqasının "Kasımpaşa" - "Bursaspor" matçından evə gedirlərmiş.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm