CHP sədri hücuma məruz qaldı
Bizi izləyin

Region

CHP sədri hücuma məruz qaldı

Türkiyədə müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Klıçdaroğlu Ankarada qatıldığı şəhid hərbçi Yener Kırıkcının yas mərasimində qəzəbli kütlənin hücumuna məruz qalıb.

Publika.az xəbər verir ki, təhlükəsizlik qüvvələrinin əməkdaşları partiya sədrini qəzəbli kütlənin əlindən alıb. Partiya sədri hadisə yerindən zirehli maşınla uzaqlaşdırılıb.

Xatırladaq ki, aprelin 19-da Türkiyə Silahlı Qüvvələri hərbi birləşmələrinin İraqla dövlət sərhədində apardığı antiterror əməliyyatı zamanı PKK terrorçularının hücumu nəticəsində 4 türk hərbçisi şəhid olub, 6-si yaralanıb. Müqavilə əsasında hərbi xidmətdə olan Yener Kırıkcı şəhidlərdən biridir. Cümhuriyyət Xalq Partiyası PKK terror təşkilatının siyasi qanadı olan HDP ilə müttəfiqlikdə ittiham olunduğu üçün davamlı olaraq şəhid cənazə mərasimlərində belə insidentlər baş verir.

Türkiyənin ali vəzifəli şəxsləri müxalifət partiya sədrinə hücumun yolverilməz olduğu barədə açıqlama veriblər. Hadisə ilə bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm