İki ölkə İrana müharibə elan etdi: Əgər ABŞ üzr istəməsə...
Bizi izləyin

Region

İki ölkə İrana müharibə elan etdi: Əgər ABŞ üzr istəməsə...

“Müzakirə istəyirsinizsə, təzyiqlərə son verib İrandan üzr istəyin”.

Publika.az xəbər verir ki, bunu İran İslam Respublikasının prezidenti Həsən Ruhani deyib.

Paytaxt Tehranda Nazirlər Kabinetinin toplantısında çıxış edən prezident ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Hukun İranın nüvə və raket proqramını əhatə edən yeni bir razılaşma təklifinə cavab verib.

Ruhani bildirib ki, Vaşinqton hökuməti müzakirə masasına oturmaq istəyirsə, öncəliklə ölkəsindən üzr istəməlidir: “Şübhəsiz, zorbalıq və yalanla diqtə olunan müzakirə tələbinin qəbul edilməsi heç bir nəticə verməyəcək. Belə bir müzakirə zillət və təslim olmaq deməkdir. İran xalqı qanundankənar cəhdlərə qarşı tək yolun müqavimət olduğunu yaxşı bilir. Müzakirə ancaq bütün təzyiqlərin aradan qaldırılmasından sonra izlənəcək yoldur. Biz savaş və müdafiə insanı olduğumuz kimi daim müzakirə və diplomatiya insanı da olduq”.

İran prezidenti həmçinin, qeyd edib ki, ABŞ-ın İranın neft ixracını sıfıra endirmək təşəbbüsləri də baş tutmayacaq. İran fərqli yollarla neft satışına davam edəcək: “ABŞ dünyanın neft bazarını əlində saxlamaq qüdrətinə malik deyil. Amerikalılar bu mövzuda yanılıblar. Bu cəhdllərlə dünya xalqlarına, neft şirkətlərinə, hətta öz xalqlarına belə zülm edirlər”.

Həsən Ruhani Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin İrana qarşı açıq şəkildə müharibə elan etdiyini dilə gətirib: “Necə olur ki, Trampa “İranın neft ixracatını sıfıra enərsə, biz bunun əvəzini çıxa bilərik” deyirsiniz? Bu sözlərin nəticələrindən xəbərdarsınızmı? Bunun İrana açıq bir düşmənlik olduğunu bilirsinizmi? Tramp hökumətinin zamanının başa çatacağını, bizim isə daimi olduğumuzu bilmirsinizmi? Qonşu kimi illərlə yan-yana deyildik? Bölgədə faydalı dostluqlar qurmağımız daha xeyirlidir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm