• USD 1,7000 0,00% EUR 1,8924 0,00%
    • GBP 2,2219 0,00% RUB 0,0276 0,00%

ABŞ-Yunansıtan ittifaqından Türkiyəyə ŞOK: Qara dənizdə türk donanmasına hücum edib, bütün qırıcılarını... - FOTO

  • Region
  • 25 Aprel 2019 17:16
  • 1 753 Baxış
ABŞ-Yunansıtan ittifaqından Türkiyəyə ŞOK: Qara dənizdə türk donanmasına hücum edib, bütün qırıcılarını...

ABŞ Konqresinin senatoru Robert Menendezin Türkiyədəki Amerika hərbi bazalarını Yunanıstana köçürəcəyinə dair verdiyi açıqlamadan sonra bölgədə aktivlik müşahidə olunur.

Publika.az xəbər verir ki, bu açıqlamadan sonra Yunanıstan 3 şəhərində baza yerləşdirmək üçün ABŞ-a təklif göndərib.

Yunanıstan mediası Cirit adasındakı Suda bazasının Türkiyədəki İncirlik bazasına alternativ ola biləcəyini yazır.

Sabiq admiral Cem Gürdəniz Türkiyə gündəmini zəbt edən bu yeni məsələ ilə bağlı açıqlamala verib. Admiral bildirib ki, Soyuq Müharibədən sonra dünyada balans dəyişib və təkqütblü nizam yerini çoxqütblü nizama verib. Onun sözlərinə görə, bazaların Türkiyədən çıxarılması bu ölkənin xeyrinə olacaq.

Bazaların köçürülməsi nəyi ifadə edir?

“Dünya 300 ildən sonra Asiya əsrinə geri qayıdır. Yeni nizamın qurulmasına ən önəmli faktor Rusiya və Çinin geosiyasi əməkdaşlığıdır. Türkiyənin dövlət çevrilişinə cəhddən sonra bu bloka doğru istiqamətlənməsi ABŞ-ın siyasi təbəqəsini narahat edir”.

ABŞ müttəfiq kimi davranmır

“Bunun nəticələrini həm iqtisadi, həm müdafiə, həm də təhlükəsizlik sahəsində açıq şəkildə görürük. Cənub-şərqdə PKK və PYD-nin silahlanması, Şərqi Aralıq Dənizində Türkiyə Mavi Vətəninə açıq şəkildə təhdid və bloklaşma, Qara dənizdə NATO və Rumıniya vasitəsilə həmlələr, ABŞ Konqresində, demək olar ki, hər həftə Türkiyə əleyhinə müzakirələrin aparılması, ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun bir təlim kitabında belə Türkiyənin əleyhinə çıxış etməsi, S-400 raketləri və F-35 təyyarələri vasitəsilə sanksiya təhdidi, Cənubi Kipr və Yunanıstanda baza axtarışları kimi prosesləri bir yerə yığanda ABŞ-ın Türkiyə siyasətini dostluq və müttəfiqlik qəlibinə qoymaq mümkün deyil”.

ABŞ baza axtarır

“ABŞ Cənubi Kipr və Yunanıstanda 1 ildir, baza axtarışındadır. Lakin Türkiyə Soyuq Müharibə dpvründə olduğu kimi, ABŞ-a baş əymək niyyətində deyil.

İncirlik bazasının bağlanması Rusiya və Çin münasibətlərinin inkişaf etdirilməsi baxımından böyük fayda verər. Türkiyə ABŞ və ya qərb ölkələri tərəfindən xilas edilmiş ölkə deyil. Ona niyə baza verilir? Konsitutsiyası Almaniya və ya Yaponiya kimi ABŞ tərəfindən yazılmayıb”.

ABŞ-Türkiyə müharibəsi?

“Bu bazanın köçürülməsindən sonra Türkiyə-ABŞ münasibətlərinin daha pis vəziyyət alacağını demək olmaz. ABŞ Türkiyəyə quruda açıq bir müharibə elan etməz. Ancaq dənizdə Yunanıstan ilə birlikdə qıcıqlandırıcı hərəkətlər edə bilər və müdafiəçi qismində bəzi gəmilərə hücum edər. Tarixdə buna bənzər hadisələrə rast gəlinir”.

Qeyd edək ki, ABŞ-ın Türkiyənin İstanbul, Diyarbəkir, İzmir, Adana, Malatya və Ankara şəhərlərində hərbi bazası var. Qara dəniz bölgəsində isə ABŞ və NATO-ya bağlı daha bir baza yerləşib. İncirlik hərbi hava bazasında ABŞ ordusunun 39-cu ana qırıcı bazası burada yerləşdirilib.

Zümrüd

Xəbər lenti

DAHA ÇOX XƏBƏR